BAKI ZOOLOJİ PARKINDA DƏRS-EKSKURSİYA TƏŞKİL OLUNDU

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 02.11.2023-cü il tarixli əmrinin icrasını təmin etmək məqsədilə "Yaşıl layihə: Təbiəti qoruyanlar" adlı layihənin həyata keçirilməsi ilə bağlı hazırlanmış tədbirlər planına əsasən 28 Noyabr 2023-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Namazova Sevdanın rəhbəri olduğu 4d sinif şagirdlərinin iştirakı ilə Bakı Zooloji Parkında dərs-ekskursiya keçirildi. Dərs-ekskursiyanın təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaq olub.