"Şəhidini tanı" aksiyası çərçivəsində məktəb-liseydə silsilə tədbirlər keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 N-li əmri ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq "Şəhidini tanı" aksiyası çərçivəsində məktəb-liseydə silsilə tədbirlər keçirildi. 
Şəhid Mikayıl Məmmədzadənin ailəsi 3e sinif müəllimi Sənubər Məmmədovanın təşkilatçılığı ilə şagirdlər tərəfindən ziyarət edildi. Şagirdlər ürək sözlərini şəhidin yaxınlarına çatdırdılar. Şəhidin əziz xatirəsini heç vaxt unutmayacaqlarını vurğuladılar. 3e sinifinin adını daşıdığı Şəhid Mikayıl Məmmədzadə kimi torpağını, vətənini sevən vətənpərvər biri olacaqlarına söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi