“Ayın ən qənaətcil məktəbi” seçilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində yanvar ayı üçün nəzərdə tutulan “Ekologiya və iqtisadiyyat aylığı” başa çatıb.“Ekologiya və iqtisadiyyat” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Ayın ən qənaətcil məktəbi” nominasiyasında 246 nömrəli məktəb-lisey qalib olub.Qeyd edək ki, aylıq çərçivəsində 246 nömrəli məktəb-liseydə “Təbiəti sevənlər” klubu yaradılıb, “Məktəblinin ekoloji müşahidə dəftəri”, “Ekologiyanı qorumaq üçün yaddaş kitabçası” və “Bir olaq, ətraf mühiti qoruyaq” bukletləri tərtib olunub. Şagirdlər tərəfindən tullantı hesab edilən məhsullardan yapışqan hazırlanaraq partalar təmir olunub. Həmçinin, şagirdlər tərəfindən tullantılardan hazırlanan təmizləyici vasitə ilə məktəb partaları təmizlənib.Məktəb-liseydə çörək qırıntıları, kağız tullantıları və plastik qablar yenidən emal olunması üçün yığılıb. “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Təbiəti sevənlər” klubunun üzvləri topladıqları çörək qırıntılarından kimya laboratoriyasında gübrə hazırlayıblar. Məktəbin ay ərzində gördüyü işlər həm ekologiyanın qorunması və ətraf mühitin təmiz saxlanılması, həm də iqtisadi baxımdan məktəb üçün səmərəli olub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi