Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometrologiya Mərkəzinə ekskursiya

“Ekologiya və iqtisadiyyat" mövzusunda tədbirlər planına uyğun olaraq ekskursiyalar həyata keçirilmişdir. Yuxarı sinif şagirdləri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometrologiya Mərkəzinə ekskursiya təşkil edildi. Ətraf mühit üzrə Departamentin direktoru Ə.Həsənov şagirdləri çox səmimi qarşıladı. Şagirdləri bölmələrin iş prinsipi və vəzifələri ilə tanış etdi, onları maraqlandıran sualları həvəslə cavablandırdı. Əməkdaşlar aparatlar, cihazlar və onların iş prinsipləri barədə şagirdlərə məlumat verdilər. Bütün bu səmimi qəbul və geniş məlumatlar üçün məktəbin rəhbərliyi və şagirdlər adından Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür bildirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi