Təbiətlə dost olaq

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Sağlam təhsil” sinfinin birinciləri ilə “Təbiətlə dost olaq” mövzusuna həsr olunmuş açıq dərs keçirildi. Şagirdlər xalça üzərində əyləşərək müəllimin söylədiyi ətraf mühitin çirklənməsi mövzusunda olan “Çox da böyük olmayan şəhərdə” adlı nağılını diqqətlə dinlədilər. Sonra nağıl ətrafında müzakirələr aparıldı və qrup işlərini çox böyük həvəslə yerinə yetirildi. Müəllimin oxuduğu nağıldan nəticə çıxararaq şagirdlər, təbiətlə dost olmağın təbiəti qorumağın vacibliyini öyrəndilər və verilən sualları cavablandırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi