Hər kəs bir ağac kəsərsə, o mənim qollarımı kəsmiş olur!

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Ekologiya və iqtisadiyyat” mövzusunda təqdimat keçirildi. Təqdimatda “Mozalan” satirik jurnalından “ Sumqayıtın havası”, ”Bəxt üzüyü” filmindən fraqment, ”Tullantıların qayıdışı” animasiyası izlənildi. Şagirdlər tullantılardan hazırladıqları əl işlərini təqdim etdilər. Nəticə olaraq şagirdlər ekologiyamızın qorunmasını zavodlardan çıxan tüstülərin qarşısının alınmasında, insanların maarifləndirilməsində, təbii ehtiyatlardan az istifadə etməkdə, tullantıların təkrar emalında, yaşıllıqların salınmasında gördülər. Sonda prezident İ.Əliyevin ailəsi ilə birgə ağacəkmə aksiyasında iştirakı izlənildi. Təqdimat boyu şagirdimizin çəkdiyi rəsm hər kəsi duyğulandırdı. Şəkildə ümummilli liderimiz H.Əliyevi müdrik kəlamı “Hər kəs bir ağac kəsərsə, o mənim qollarımı kəsmiş olur!” əks olunmuşdu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi