“Təbiətlə dost olaq, təmizlik yaradaq, qənaətlə gəlir əldə edək"

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Təbiətlə dost olaq, təmizlik yaradaq, qənaətlə gəlir əldə edək” mövzusunda VII-X sinif şagirdlərinin birgə hazırladıqları təqdimat keçirildi. Mövzu ətrafında diskusiyalar aparıldı. Elm və texnikanın inkişafının ekologiyamıza vurduğu zərərlər birgə aydınlaşdırıldı. Ekologiyamızın korlanmasının təbiətdə hansı dəyişikliklərə yol açdığı müzakirə olundu. Ekologiyamızı qorumaq, tullantılardan necə gəlir əldə etmək yolları şagirdlərlə birgə araşdırıldı. Sonra şagirdlər yaşamaq istədikləri dünyanı çəkdikləri rəsmlərdə canlandırdılar. Sonda nəticə olaraq şagirdlər ətrafı zibilləməməklə, tullantılardan gəlir əldə etməklə, yaşıllıqları artırıb, meşələri qırmamaqla təmiz dünyada yaşayıb, gələcək nəsillərə təmiz, xoşbəxt, yaşıl dünya ötürmək qənaətinə gəldilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi