Şəhidlər unudulmur

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi məktəbin foyesində anıldı. Məktəbimizin məzunu, 20 Yanvar şəhidi Zaur Ələsgərovun bacısı, sinif yoldaşları, məktəbin müəllim, şagirdlərin iştirak etdiyi tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər şəhid Zaur Ələsgərovun həyatı haqqında məlumat verdilər. Şagirdlərin ifasında öz şərəfli ölümləri ilə tarix yazmış qəhrəman vətən övladlarına həsr edilmiş şeirlər səsləndirildi və Qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi - bədii kompozisiyalar nümayiş etdirildi. Tədbirdə iştirak edən 20 Yanvar şəhidi Zaur Ələsgərovun bacısı o müdhiş gecənin ailələrində yaşatdığı faciədən danışdı, qardaşının qısa, ömür yolundan danışdı. Sonda məktəbin direktoru A.F.Bayramova 27 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmasının bu günkü gəncliyə əsl örnək olduğunu söylədi, zaman-zaman başımıza gətirilən faciələri unutmamağı, düşmənə qarşı mübariz olmağı tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi