“Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında” ” XII şagird – tələbə Elmi konfransının qalibi və iştirakçıları

30 aprel 2015 ci il tarixdə Baki Slavyan Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 ci ildönümünə həsr olunmuş “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında ” XII şagird – tələbə Elmi konfransı keçirildi.Həmin konfransda respublikamızın müxtəlif rayonlarından iştirakçılar, o cümlədən Bakı şəhəri 246 Nli məktəb liseyin şagird və müəllimləri də iştirak edirdi. Məktəb liseyin VII – XI siniflər üzrə adları aşağıda qeyd olunan şagirdləri, məktəb müəllimləri arasından seçilmiş elmi rəhbərləri ilə birgə səy və məsuliyyətlə çalışaraq Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, coğrafiya, fizika, ingilis dili fənnlərindən elmi işlərin layihələrini təqdim etmişdilər:1. Qasımov Ruslan – 9 l sinfi- Parnik effekti2. Kazımlı Fərid – 9 l sinfi “Riyaziyyat və astranomiya elmlərinin müasir həyatla bağlılığı”3. Məmmədova Mahiyyə - 8 l sinfi – “Düşüncədən mənəvi həyatı dəyişməkdə necə istifadə edək"4. İdrisova Almaz – 10 b – Ulu Öndərimiz H.Əliyevin təbiət elmlərinə və təbiətə verdiyi dəyər"5. Rəhimli Əli – 8 c – “ Bal arısının ekologiyası"6. Nəcəfli Gülarə - 11 a – "Heydər Əliyev və Müasir Azərbaycan dili"Konfransda bizim şagirdlərlə birlikdə magistr və universitetinin yuxarı kurs tələbləri də öz layihələrini təqdim edirdilər.Şagirdlərimiz uğurla çıxış edərək fəxri diplom və sertifikatlara layiq görüldülər.Onların layihələri konfransın materialları çap olunmuş kitabda öz əksini tapdı.İştirakçilardan 10B sinif şagirdi İdrisli Almaz " Bölməninən yaxşı məruzəçisi" nominasiyasının qalibi diplomuna layiq görüldü. Biz müəllimlər öz şagirdlərimizlə fəxr edirik.Onların uğurları bizim uğurlardır.Ulu öndərimiz hgənclər haqqında belə demişdir.”Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərimizin bu gün aldıqları bilik , təhsil və tərbiyədən asılıdır”
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi