“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması “

“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması “ ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirinin əmrinə əsasən məktəbimizdə silsilə tədbirlər keçirilir. Bu məqsədlə rus bölməsinin, 2A sinif şagirdləri" Qoğal", 2R sinif şagirdləri “Ярмарка”, 3R sinif şagirdləri “Колобок” nağılını səhnələşdirib valideynlərin, müəllimlərin qarşısında xüsusi bacarıq və istedadla təqdim etdilər. Təqdimat qonaqlar tərəfindən rəğbətlə qarşılandı. 3c sinif şagirdləri isə V.Hüqonun “Səfillər” romanını mütaliə və müzakirə etdilər. Əsərin müzakirəsi iştirakçılarda yüksək təəs-sürat oyatdı. Əsərdən hazırlanmış bədii kompazisiya müvəffəqiy-yətlə təqdim olundu. Əsərin qəhrəmanları barədə təəssürat, maraqlı fikirlər mütaliə vərdişlərinin əhəmiyyətini bir daha sübut etdi. Foyedə sərgilənən “Əsərə aid ən yaxşı rəsm əsəri”nin qalibi valideynlərin və müəllimlərin birgə rəyi əsasında müəyyənləşdi. Sonda məktəbin direktoru A.Bayramova öz rəy və təkliflərini bildirdi, mütaliə vərdişlərinin insan həyatındakı əvəzsiz rolundan, mütaliənin insanın daxili və mənəvi zənginliyinə birbaşa təsirindən danışdı, gələcək nəslin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişməsində, yüksək biliyə, bacarığa, geniş dünyagörüşə malik şagirdləri üzə çıxmasında valideyn-məktəb əməkdaşlığının vacibliyini xüsusi vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi