Novruz adət-ənənələri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən " Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində inkluziv təhsilin tətbiq olunduğu 1d sinfində “Novruz adət-ənənələri” adlı bayram şənliyi keçirildi. Sinif müəllimi A.Bayramova və korreksion pedaqoq U.Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlərə Novruz bayramının tarixi,atributları,adət-ənənələri, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti haqqında geniş məlumat verildi.
Novruz bayramının atributlarını özündə əks etdirən dekorasiya önündə şagirdlər milli adətlərimizi- axışda, tonqaldan atlama, yumurta döyüşdürmə və s nümayiş etdirdilər. Milli geyimli şagirdlər bayramın sevimli personajları olan Bahar qızı, Kosa və Keçəlin əhatəsində şeirlər söylədilər,səhnəçiklərlə cıxış etdilər.Harunla Aylinin rəqsi tədbirə xüsusi rəng qatdı.
Sonda yallı rəqsini ifa edən şagirdlərimiz bir daha birliklərini nümayiş etdirdilər.