Kiçik Akademiya

09.03.2023-cü il tarixində 246 nömrəli məktəb-liseydə fəaliyyət göstərən “Kiçik Akademiya”nın bir qrup üzvləri Riyaziyyat və Mexanika İnstitutunda oldular. Görüşdə  institutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, icraçı direktor professor Ədalət Axundov, elmi katib dosent Tamilla Həsənova, baş menecer Mehdi Məmmədov, Gənc alim və mütəxəssislər şurasının sədri m.ü.f.d. Pərviz Müseyibli və 246 nömrəli məktəb-liseyin “Kiçik Akademiya”sının rəhbəri Qaffarova Şücaət, riyaziyyat müəllimi Vəliyeva Mahizər, KA-nın fəal üzvləri Məmmədova Gülər, İdrisli Turqay və Tağıyev Elmir iştirak etdilər. 
AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov gələn qonaqları salamlayaraq, institutun fəaliyyəti və görülən işlərlə bağlı məlumat verdi. 7L və 8L sinif şagirdləri Məmmədova Gülər, İdrisli Turqay, Tağıyev Elmirin  təqdimatında “Qızıl nisbət”, “Bölünmə əlamətləri” mövzularında məruzələr dinlənildi.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, icraçı direktor professor Ədalət Axundov, elmi katib dosent Tamilla Həsənova, baş menecer Mehdi Məmmədov şagirdlərin məruzələri və mövzu seçimləri ilə bağlı tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi