Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Açıq Qapı" günü

Martın 10-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Açıq Qapı" günü tədbiri keçirildi.Bir qrup şagirdimiz "Açıq Qapı" günündə iştirak etdi. Tədbirdə şagirdlərə sənaye və tikinti profilli peşə təhsil müəssisələrinin sənaye, tikinti, İKT istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirildi. Həmçinin müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar verildi.
Sonra şagirdlər mərkəzlə və emalatxanalarla yaxından tanış oldular, dərslərdə iştirak etdilər, laboratoriyalarda olub avadanlıqlar haqqında əyani məlumatlar əldə etdilər.