Riyaziyyatın varlıq qüdrəti onun sahələrinin qırılmaz birliyindədir

Riyaziyyat aylığı çərcivəsində "Riyaziyyatın varlıq qüdrəti onun sahələrinin qırılmaz birliyindədir " mövzusunda əyləncəli riyaziyyat gecəsi keçirildi. Tədbirdə şagirdlər çıxış edərək riyaziyyat elmindən, onun inkişafından, məşhur riyaziyyatçılardan söhbət açdılar, azərbaycanlı alimlərin bu sahəyə verdiyi töhfələrdən fərəhlə, fəxrlə danışdılar. Gecədə dahi şəxsiyyətlərin riyaziyyat haqqında aforizmləri, yumoristik dialoqları, şeirlər səsləndi, səhnəciklər göstərildi. Şagirdlər həmçinin hazırladıqları rəqs və musiqi çələngi ilə tədbiri daha da rəngarəng etdilər. Şagirdlərin riyaziyyata həsr olunmuş divar qəzetlərinin nümayişi isə təqdirəlayiq bir hal kimi qarşılandı. Riyaziyyat aylığı çərcivəsində görülən işlər videocarxda nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi