Riyaziyyatçı alimlə görüş

Riyaziyyat aylığı çərçivəsində alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Yaqubovla şagirdlərin görüşü keçirildi. Məktəbin direktoru A.Bayramova professor, "Şöhrət" ordenli pedaqoqu şagirdlərə təqdim etdi. Görüşdə şagirdlər inteqrativ dərs nümunələrini, ”Həndəsi qurultay ”, ”Fənlərin mübahisəsi” kompozisiyasını təqdim etdilər, professorun keçdiyi ömür yolundan hazırlanmış slayd izlənildi. Sonda professor M.Yaqubov işgüzar fəaliyyəti, riyaziyyat sahəsində apardığı tədqiqat işləri haqqında danışdı. Poeziya vurğunu olan M.Yaqubov riyaziyyatla poeziyanı əlaqələndirdi, söylədiyi şeirlərilə görüşə xüsusi rəng qatdı. Professora ünvanlanan suallarla şagirdlər bir daha riyaziyyat elmi haqqında biliklərini təkmilləşdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi