İlham Əliyev və gənclər siyasəti

"İlham Əliyev və gənclər siyasəti" mövzusunda konfrans keçirildi. İlham Əliyevin dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli siyasəti haqqında XI sinif şagirdləri məruzə etdilər. Tarix müəllimləri İlham Əliyevin Azərbaycan xalqına xidmətindən, ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsində əvəzsiz rolundan danışdılar. Sonda məktəbin direktoru A.Bayramova çıxış edərək Gənclər siyasətinin əsas istiqamətləri-gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət yardımı, gənclər təşkilatlarına dövlət yardımı haqqında məlumat verdi, bu siyasətin gənclərin müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət etdiyini xüsusi vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi