Siniflər arasında viktorina

Məktəbin illik fəaliyyət planına əsasən şagirdlərin müxtəlif fənnlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədi ilə fənn aylıqlarının keçirilməsi davam edir. Dekabr ayı riyaziyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində 3-cü siniflər və 4-cü siniflər (Azərbaycan və rus bölməsi) arasında viktorina keçirildi. Viktorinaya hər sinifdən iti hesablama qabliyyəti və riyazi məntiqi daha güclü şagirdlər cəlb olunmuşdu. Viktorinada şagirdlər seçilmiş maraqlı və əyləncəli məntiqi sualları təyin olunmuş vaxt müddətində dinamik musiqi sədaları altında yerinə yetirib xallar qazandılar. Münsiflər heyəti balları hesablayaraq 3a,4c ,3f,4f sinfini qalib elan etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi