Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur

Xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiram və hörmətlə yad edildi. Bu gün ilk dərslər Ümummilli liderin anım gününə həsr olundu. Dərslərdə ulu öndər Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın müstəqillik arzusunu həyata keçirdiyi şagirdlərin diqqətinə çatdırıldı, video çarxlar nümayiş etdirildi. Sinif otaqlarında, məktəbin foyesində ulu öndərin xatirəsinə ehtiram olaraq guşələr hazırlandı. İbtidai siniflərdə “Ulu öndərə məktub” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Daha sonra VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda dəyirmi masa keçirildi. Tarix müəllimləri xalqımızın tarixini amansız keşməkeşlərdən uğurla keçirib yaşatmağı, inkişafa doğru istiqamətləndirməyi bacaran dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışdılar. Vurğulandı ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində elə bir şərəfli həyat yaşayıb ki, onun xatirəsi Azərbaycan xalqı yaşadıqca yaşayacaqdır. Məktəbin direktoru A.F.Bayramova isə öz çıxışında ulu öndərin elm və mədəniyyət sahələrinin inkişafına həmişə böyük diqqət və qayğısından, təhsilimizin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışdı. Anımda ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx və sənədli film nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi