“Bir inci saflığı varsa da suda... ”

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Bir inci saflığı varsa da suda... ” başlığı altında tədbir keçirildi.Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşı Ləman Əliyeva, Milli Kitabxananın əməkdaşları, müəllim, şagird və valideyn icması iştirak etdilər. Tədbirdə çıxış edən şagirdlər Nizami Gəncəvinin əsərlərindən parçalar söylədilər, kompozisiyalar nümayiş etdirdilər. Nizami Gəncəvinin yaradıcılığını əks etdirən şəkillərdən ibarət hazırladıqları slaydı təqdim etdilər. Tədbirdə şagirdlərin rəqsləri, ifa etdikləri musiqi nömrələri, səhnəciklər iştirakçılarda xoş təəssürat yaratdı. Tədbirin sonunda məktəbin direktoru A.Bayramova çıxış edərək vurğuladı ki, Nizami Gəncəvi öz əsərlərində azadlıq, demokratiya, bərabərlik, qadın azadlığı, əmək, zəhmət, sülh məsələlərini tərənnüm etmişdir və şairin əsərləri yaşayıb-yaratdığı dövrdən başlayaraq şeir-sənət həvəskarlarının dilində əzbər olmuş, ölkələr gəzib dolaşmışdır. Tədbirin sonunda Milli Kitabxananın dəstəyi ilə hazırlanmış Nizami Gəncəvinin kitablarından ibarət sərgi və stendə baxış keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi