Həyatı dəyişdirən dörd hərf

1dekabr ümumdünya QiÇS-lə mübarizə günüdür. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. Bu məqsədlə bir sıra maarifləndirici tədbirlər keçirildi. “Zərərli vərdişlərə yox deyirik!” devzi altında şagirdlərin öz düşüncə və təxəyyülünə uyğun olaraq çəkdikləri rəsmlər, narkomaniya, alkoqollu içkilər və bu kimi həyat üçün təhlükəli olan vərdişlər haqqında hazırladıqları bukletləri məktəb foyesində sərgiləndi. Həftə ərzində ibtidai siniflərdə həyat bilgisi dərslərində şagirdlərə zərərli vərdişlər, infeksion xəstəliklər, onların fəsadları, qorunmaq yolları, zərərli vərdişlərə düçar olmamaq haqqında geniş məlumatlar verildi. Biologiya müəllimləri və VIII-XI sinif şagirdləri ilə birgə hazırladıqları “Həyatı dəyişdirən dörd hərf” mövzusunda təqdimatda bir daha zərərli vərdişlər haqqında müzakirələr aparıldı, zərərli vərdişlərin bir sıra xəstəliklərə, o cümlədən əsrin bəlası olan -sağalmaq faizi 0, ölüm faizi 100% olan SPİD xəstəliyinə yol açdığı vurğulandı. Şagirdlərin narkomaniya, siqaret çəkmək, alkoqollu içkilərdən istifadə etmək kimi vərdişlərin insanlar üçün necə fəlakətlər törətdiyi haqqında hazırladıqları videoçarx nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi