IX sinfin valideynləri ilə görüş

Noyabrın 5-də məktəb-liseydə IX sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşdə məktəb-liseyin direktoru, direktor müavinləri, sinif rəhbərləri, fənn müəllimləri,məktəb psixoloqu,UBR iştirak etdilər.

Görüşdə şagirdlərin dərsə davamiyyəti, buraxılış imtahanlarına hazırlıq səviyyəsi, valideyn-məktəb əməkdaşlığı,”Yeniyetmələrlə əlverişli ünsiyyətin sirləri”,”Peşə seçiminin optimal zonası” kimi məsələlər müzakirə olundu.

Görüşdə valideynlərin rəy və təklifləri dinlənildi, sualları cavablandırıldı,yeniyetmə-valideyn münasibətlərini adekvat qurmaq üçün tövsiyyələr verildi. Valideynlərə “Yeniyetmələrlə əlverişli ünsiyyətin sirləri”  yaddaşı təqdim olundu.Bu yaş dövründə şagirdlərin düçar olduğu zərərli vərdişlər haqqında valideynlər məlumatlandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi