X-XI sinfin valideynləri ilə görüş

Noyabrın 4-də X-XI sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşdə məktəb-liseyin direktoru, direktor müavinləri, sinif rəhbərləri, fənn müəllimləri,məktəb psixoloqu,UBR iştirak etdilər.

İclası giriş sözü ilə açan məktəb-liseyin direktoru Elmar Həşimov şagirdlərin nizam-intizam qaydalarına əməl etməsindən,dərsə davamiyyətindən danışdı. Qeyd etdi ki, böyüməkdə olan gənc nəsil təhsil almalı, oxumalı, öyrənməli, savadlanmalıdır. Bu, bizim uğurlu gələcəyimiz deməkdir. Uğurlu gələcəyin yaradıcısı isə müəllimdir. Müəllim şagirdi şəxsiyyət kimi yetişdirməlidir. Müəllimin ən yaxşı köməkçisi isə məhz valideyndir. Şagirdin təlim keyfiyyətinin yüksəldilməsini şərtləndirən əsas amil isə müəllim–valideyn əməkdaşlığıdır.

   Görüşdə iştirak edən direktor müavinləri,məktəb psixoloqu,UBR cıxışlarında  yeniyetməlik yaş dövründə şagirdlərin qarşılaşdığı problemlərə toxundular,intihar risklərini dəyərləndirərkən diqqət yetirilməsi vacib olan amillərdən ,intiharın qarşısının alınması yollarından danışdılar.Yeniyetmələrdə  hədəfi düzgün müəyyən etmək, məqsədə çatmaq, özgüvəni qaldırmaq, həyəcanı dəf etmək, özünənəzarət,özünütərbiyəni formalaşdırmaqda birgə addımlamağın yollarından danışdılar,sosial şəbəkənin fəsadlarını önə çəkdilər. Valideynlərə bu yaşda övladlarını zərərli vərdişlərdən uzaq tutmaq üçün diqqətli,eyni zamanda qayğı ilə yanaşmaları tövsiyə olundu.

Görüşdə həmçinin şagirdlərin düzgün peşə seçimi istiqamətində valideyiinlərlə müzakirələr aparıldı. Seçilən peşənin  xüsusiyyət və tələbləri ilə gənclərin  psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğun müəyyənləşdirilməsinin mühüm məsələlərdən olduğu diqqətə çatdırıldı.

Görüşdə valideynlərin fikirləri, onları narahat edən məqamlar dinlənildi, tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi