Qarabağ Azərbaycandır!

05.11.2022 -ci il tarixində ölkəmizin ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan milli bayram - Zəfər Günü münasibətilə məktəb - liseydə Məhərrəmova Reyhan müəllimənin rəhbərliyi ilə "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirildi.

 Tədbirdə məktəb rəhbərliyi, pedaqoji kollektiv və şagirdlər iştirak etdilər.

 Tədbir Azərbaycan Respublikasının Himni ilə açıq elan olundu. Daha sonra Vətən torpaqlarının azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir iştirakçıları şagirdlərin ifasında II Qarabağ müharibəsində qəhrəmancansına vuruşan igidlərimizin döyüş yollarına nəzər saldılar. Məktəblilərimiz zəfər təntənəsi ilə şeirlər səsləndirdilər, qəhrəmanlıq nəğmələri və rəqsləri ifa etdilər.

Tədbirin sonunda məktəb - liseyin direktoru Elmar Həşimov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəmanlığı sayəsində, Qarabağımıza qovuşduğumuz və uzun illər davam edən münaqişəyə ölkəmizin möhtəşəm qələbəsi ilə nida qoyduğu "Zəfər Günü" müasir tariximizdə ən əlamətdar və tarixi bir hadisə olaraq , ölkəmizin hər bir bölgəsində təntənə ilə qeyd edildiyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi