"Başı dumanlı ,yaşıl köynəkli məğrur Şuşa" adlı tədbir keçirildi

    Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin sərəncamına əsasən 2022-ci il Azərbaycan Respublikasında “Şuşa ili”elan edilmişdir.Sərəncama əsasən məktəb-liseydə  silsilə tədbirlər keçirilir

     Noyabrın 3-də “Başı dumanlı ,yaşıl köynəkli məğrur Şuşa” adlı tədbir keçirildi. Tədbirdə Şuşanın yaranma tarixindən,270 il müddətində keçdiyi zəngin inkişaf yolundan,qanlı-qadalı,eləcə də şərəfli tarixindən  bəhs olundu.Bununla yanaşı ,sehirli havası,suyu,təbiətindən vəcdə gəlib bəşər aləminə qiymətsiz töhvələr bəxş edən sənətkarlardan videogörüntülərlə söhbət açılmış,əsərləri şagirdlərin ifasında dinlənilmişdir

    11b sinif şagirdlərinin ifasında S.Vurğunun “Vaqif” pyesi , İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesi,5c sinif şagirdlərinin ifasında “Şuşanın işğaldan azad olunması” səhnələşdirildi

     Tədbirdə həmçinin Ümummilli lider H.Əliyevin 70-ci illərdə,onun layiqli davamçısı İ.Əliyevin işğaldan sonra  Şuşada apardıqları quruculuq işlərindən bəhs olundu

  Sonda məktəb-liseyin direktoru E.Həşimov tədbirin təşkilatçılarına təşəkkür etdi,bir daha Şuşa sevincini bizə yaşadan müzəffər Ali Baş Komandanımız İ.Əliyevin və  qəhrəman əsgərlərimizin şücaətindən  bəhs etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi