Zəfər Günü münasibəti ilə ağacəkmə aksiyası keçirildi.

Binəqədi rayonu 246 saylı məktəb Lisey kollektivinin təşəbbüsü və təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibəti ilə ağacəkmə aksiyası keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak etdilər.

Aksiya zamanı məktəb ərazisində 44 günlük Vətən müharibəsi şərəfinə 44 küknar ağacı əkilib. Məktəbin direktoru E.Həşimov çıxış edərək məktəb kollektivini "Zəfər Günü" münasibətilə təbrik edib,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun vətən uğrunda göstərdiyi şücaət və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid əsgər və zabitlərimizin,bütün şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında daim əziz tutulduğunu, hər zaman böyük ehtiram və hörmətlə yad edildiyini dedi və hər kəsə vətənə sevgidə onlardan nümunə götürməyi tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi