8 noyabr - Zəfər günüdür

Məktəbimizin 8 a sinif şagirdləri Azərbaycan dili və Ədəbiyyat müəllimi Əhmədli Səadətin təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr edilmiş dəyirmi masa keçirdilər. İlk dəqiqələrdə torpaqlarımız uğrunda qurban gedib bizə zəfər sevincini yaşadan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər ordumuzun 44 günlük zəfər yolu, xalqımızın maddi və mənəvi dəstəyi, düşmənlərimizin azğınlıqları, Ali baş komandanımızın və müzəffər ordumuzun layiqli cavabı haqqında təqdimatlar etdilər. Azad olunmuş torpaqlarımızda gedən yenidənqurma işləri barədə məlumatlar verdilər. Böyük həvəslə Zəfər günü ilə bağlı çəkdikləri şəkilləri nümayiş etdirdilər və şeirlər söylədilər.

 Təlim - tərbiyə işləri üzrə direktor müavini Abasova Fatimə bu qələbənin, zəfərin nə qədər önəmli olduğunu diqqət mərkəzinə gətirdi və şagirdlərə vətəndaşlıq borclarını layiqincə yerinə yetirmələri üçün səylə çalışmalarını tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi