Evdə təhsil alan şagirdlərin valideynləri ilə görüş

Məktəb lisey evdə təhsilin təşkilində Binəqədi rayonu üzrə mərkəz məktəbdir. Hal hazırda 39 nəfər evdə təhsilə cəlb olunmuş şagirdimiz var. Məktəb rəhbərliyi, fənn müəllimləri və evdə təhsilə cəlb olunmuş şagirdlərimizin valideynləri ilə birgə görüş keçirildi. İclasda şagirdlərin təhsili, dərsliklərlə təmin olunma vəziyyəti, müəllimlərin dərs metodikası, valideynlərlə razılaşdırılmış dərs cədvəli, müəllimlərin dərslərə davamiyyəti müzakirə olundu. Açıq və səmərəli diskussiya şəraitində valideynlərin istək və arzuları dinlənildi, problemli situasiyalar məktəb rəhbərliyi, fənn müəllimləri ilə birgə müzakirə olundu, problemlərin həlli üçün strateji istiqamətlər müəyyənləşdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi