Şagird-müəllim münasibətləri-uşaqların hüquq və azadlıqları

Oktyabrın 28-də məktəb rəhbərliyinin ibtidai sinif müəllimləri ilə görüşü keçirildi. Görüşdə “Şagird-müəllim  münasibətləri”haqqında danışıldı.Məktəb liseyin direktoru E.Həşimov söylədi ki, respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirməkdir.

 Qeyd etdi ki,müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli,uşaqların hüquqlarına və azadlıqlarına hörmətlə yanaşmalıdır.

    Direktor müavinləri,məktəb psixoloqları,UBR çıxışlarında vurğuladılar ki,dərs prosesində müəllim - şagird münasibətlərinin düzgün qurulması, hər bir uşağa fərdi yanaşılması,şagirdlərin təhsilə marağının artırır, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir. Müəllim  şagirdə yanaşmasını yaş xüsusiyyətləri üzərində qurduqda  qarşılıqlı hörmət, psixoloji bağ, xoş,isti münasibət yaranır.

  Sonda müəllimlər  V.F.Ryaxovskinin “Konfliktliliyin özünüqiymətləndirməsi” testini işlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi