Təhsil almaq hər bir uşağın hüququdur.

“Təhsil almaq hər bir uşağın hüququdur “ devizi ilə yola çıxan dövlətimiz sağlamlığı məhdud olan uşaqları da unutmamışdır. “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 1.2.4 bəndində göstərildiyi kimi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inkluziv təlim proqramlarının hazırlanması və “İbtidai təhsil səviyyəsi üzrə inkluziv təhsilin tətbiqi “ layihəsinin icrası barədə Azərbaycan Respublikası Təhsil nazirinin 18.03.2015 – ci il tarixli 311 N- li əmri xüsusi qayğıya ehtiyacı olan uşaqlara olan diqqətin təzahürüdür..Bakı şəhəri 246 N – li məktəb lisey Azərbaycanda inkluziv təhsil layihəsinə qoşulan ilklər sırasındadır.2004-2005 – ci dərs ilindən bu günədək xüsusi qayğıya ehtiyacı olan uşaqlarla uğurlu iş aparan məktəb kollektivi sağlamlığı məhdud olan uşaqları cəmiyyətdən və yaşıdlarından təcrid etməmək ,onlara və valideynlərinə dəstək olaraq hər birini olduğu kimi qəbul edib fərdi yanaşmaq üçün çox işlər görmüş və hal hazırda da davam etdirir. Bu məqsədlə 17 aprel 2015 – ci il tarixdə məktəb liseyin direktoru A.Bayramovanın iştirakı ilə xüsusi qayğıya ehtiyacı olan şagirdlərin valideynləri ilə görüş keçirildi.İnkluziv təhsil prosesində məktəb daxilində və məktəb ətrafı icmada mövcud olan bütün sosial məsələlər haqqında valideynlərə məlumat verildi . Müəllimlər , valideynlər , psixoloq ,müəllim köməkçiləri tərəfindən aparılan müşahidələrə əsaslanaraq şagirdlərin xüsusi qabiliyyətlərinin üzə çıxarılması üçün aparılan işlər , müşahidə nəticəsində qarşıya qoyulmuş məqsəd və vəzifələrin nəticələri geniş şəkildə müzakirə olundu. Qeyd olundu ki , hər bir şagird öz bilik və bacarıq səviyyəsinə görə qiymətləndirilir və müxtəlif şagirdlər üçün nəzərdə tutulmuş məqsəd və vəzifələr bütün inkişaf sahələrini: koqnitiv ,sosisl –emosional və fiziki sahəni əhatə etməlidir. IX sinifdə təhsil alan və inkluziv təhsilə cəlb olunmuş Abdulova Nərgiz və İsmayılova Fidanın xəstəliyi ilə əlaqədar olaraq buraxılış imtahanlarından azad olunması haqqında müvafiq sənədlərin hazırlanması məqsədəuyğun hesab edildi. Şagirdlərin əl işlərindən , rəsmlərindən ibarət satış yarmarkasının keçirilməsi haqqında plan tərtib edildi.Sonda onların valideynlərinin gözlənti,arzu və təkliflərini dinlənildi , qarşılaşdıqları problemlərin həlli yolları birgə araşdırılaraq müzakirə olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi