Birgə təhsil və yaşamaq hüququ

  İnkluziv təhsil uşaqların cəmiyyətdən təcrid olunmasının, davamlı olaraq ayrı-seçkiliyə məruz qalmasının aradan qaldırılması , uşaqların təhsil hüququnun tam təmin olunması,fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq  öz həmyaşıdları ilə eyni məktəbdə, eyni sinifdə təhsilə cəlb edilməsidir. Layihə məktəb liseydə 2021-2022-ci tədris ilindən tətbiq olunur. İnkluziv təhsilin tətbiq edildiyi 1d və 2c sinfində şagirdlərimiz  təlim prosesində fəal  iştirak edir, məktəb mühitində kollektivdə işləməyi bacarır, cəmiyyətə inteqrasiya edir, özlərinə inam hissi artır, öz bacarıqlarını kəşf edirlər. Siniflərdəki ümumi ab-hava uşaqların bir-birinə qarşı daha qayğıkeş və məsuliyyətli olduğunu göstərir. Məktəbdə təhsil alan digər şagirdlər də xüsusi əlilliyi olan şəxslərə daha anlayışlıdırlar.

Şagirdlərimizin   bacarıq və istedadlarının aşkar olunması və inkişaf etdirilməsi üçün yaradılan resus otağında da əlverişli mühit yaradılıb, müvafiq dəstəkverici avadanlıqlar, texnologiyalar, təlim vəsaitləri, bir çox faydalı məlumat və materiallar

onların inkişafına müsbət təsir göstərir.

Əlilliyə tibbi yanaşmanın aradan qaldırılması və sosial modelin tətbiqi məqsədilə məktəb rəhbərliyi və sinif müəllimləri tərəfindən mütəmadi maarifləndirmə işləri aparılır- empatiya hissini formalaşdırmaq üçün söhbətlər aparılır,sosial çarxlar nümayış olunur,qrup oyunları təşkil edilir, şagirdlərin təqdimatında səhnəçiklər hazırlanır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi