Uşaqların təhsil hüququnun pozulması- erkən nikah

   Oktyabrın 24-də IX-XI sinif şagirdləri ilə Tərbiyə işləri üzrə direktor müavini ,məktəb həkimi,məktəb psixoloqları və UBR tərəfindən “Təhsil hüququnun pozulması-erkən nigahların fəsadları” mövzusunda maarifləndirici söhbət aparıldı. Söylənildi ki, ölkə qanunlarına əsasən 18 yaşını tamamlanmayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur.Qeyd olundu ki,erkən nigah təhsildən yayınmaya yol açır və uşaq hüquqları pozulur.Erkən yaşda ana olan qızların isə sağlamlıq hüquqları pozulur, uşaqlıq dünyasından məhrum olurlar.

        Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.

    Görüşdə  həmçinin erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə erkən nikahla mübarizə yolları barədə məlumat verildi,sosial şəbəkələrdən kortəbii istifadənin fəsadları önə çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi