Əhməd Cavadın 130 illiyi

21.10.2022 tarixdə 246 saylı məktəb - liseyin 5 "d" sinif şagirdləri Əhməd Cavadın 130 illiyi münasibətilə dəyirmi masa ətrafında toplaşdılar.

Şagirdlər öncə ruhumuzun qidası , sözləri Əhməd Cavad dühası olan himnimizi səsləndirdilər.

Dəyərli istiqlal şairinin keşməkeşli həyat yolu və zəngin yaradıcılığı haqqında topladığı məlumatları bir -biri ilə bölüşdülər. Daha sonra Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Qardaşovanın təqdimatında "Çırpınırdı Qara dəniz " musiqisinin sədaları altında "Susmaram" şeirini və "Can Azərbaycan" mahnısını oxudular. Tədbir maraqlı və yaddaqalan keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi