Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi hissəsinə ekskursiya

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 09 aprel 2015 ci il tarixli 1467-03/07 N-li məktubunu rəhbər tutaraq məktəb liseyin rəhbərliyi tərəfindən şagirdlərin hərbi xidmət həyatı ilə yaxından tanış olmaları məqsədilə X-XI sinif şagirdlərinin 14.04.2015 ci il tarixdə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi hissəsinə ekskursiyası təşkil edilmişdir.Ekskursiya zamanı şagirdlər zabit və əsgər heyəti ilə görüşmüş , hərbi hissədə şəxsi heyət üçün yaradılmış təlim tədris və məişət şəraiti ilə tanış olmuş , əsgərlərlə birlikdə yeməkxanada nahar etmişlər.Bundan əlavə onlar Ümummilli lider H.Əliyevin həyat və yaradıcılığını əks etdirən “Heydər Əliyev” muzeyində də olmuşlar.Şagirdlər hərbi hissədən xoş təəsüratla ayrılmış , əsgər həyatının necə maraqlı , şərəfli olduğunu dərk etmiş və gələcəkdə vətənə layiqli əsgər olacaqlarına söz vermişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi