18 oktyabr- Müstəqilliyin bərpası günüdür!

Sinif müəllimləri Arzu Babayeva,Aygün Bayramova və korreksion-pedaqoq Ulduz Məmmədovanın təşkilatcılığı ilə inkluziv təhsilin tətbiq olunduğu 1b və 2c sinifləri birlikdə Müstəqilliyin Bərpası gününü xüsusi qeyd etdilər.

 Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunan ədəbi-bədii kompozisiyada şagirdlər bir-biri ilə mehriban ünsiyyət quraraq sağlam psixoloji mühitdə bilik və bacarıqlarını nümayiş etdirdilər –şeir söylədilər,mahnı oxudular,rəqs etdilər.Şagirdlərin xeyirxahlıq, qayğıkeşlik,dostluq ,humanizm kimi keyfiyyətləri ədəbi-bədii kompozisiyaya xüsusi rəng qatdı.

Ümumi təhsilin hamı üçün əlçatan olması,birlikdə təhsil almaq ,əylənmək, inkişaf etmək , həyatı paylaşmaq daha asan və zövqvericidir.

İnklüzivlik bir keyfiyyətdir!Uşaqlar bizim gələcəyimizdir!Onların əqli və fiziki inkişafı bizim məsuliyyətimizdir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi