246 nömrəli məktəb - liseyə yeni direktor təyin edildi

17.10.2022 -ci il tarixdə akt zalında məktəb - liseyə yeni təyin olunmuş direktor Elmar Həşimov pedaqoji kollektivə təqdim edildi.
 Təqdimatda iştirak edən Bakı Baş Təhsil İdarəsinin əməkdaşı Mövlan Yusifov və Binəqədi İcra Hakimiyyətinin nümayəndəsi Amal Əsgərov Elmar Həşimovu təbrik edib, yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzuladılar.
 246 nömrəli məktəb - liseyin direktoru Elmar Həşimov ona göstərilən etimada görə təşəkkürünü bildirdi və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün pedaqoji kollektivlə birgə var - gücü ilə çalışacağını qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi