Zərərli vərdişlərə birlikdə yox deyək!

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,Bakı üzrə Təhsil İdarəsinin F-305 nömrəli əmrinə əsasən ümümi təhsil müəssisələrin VII-XI sinif şagirdlrinin iştirakı ilə “Zərərli vərdişlərə birlikdə yox deyək!” layihəsi çərçivəsində dəyirmi masalar  təşkil olundu,söhbətlər aparıldı.

     Dəyirmi masalarda şagirdlərə zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər, ailədaxili münasibətlərdə yaratdığı problemlər barədə məlumatlar verildi.Gənclərin zərərli vərdişlərə aludə olmasının səbəbləri, problemin həlli yolları  haqqında müzakirələr aparıldı, şagirdləri maraqlandıran suallar  cavablandırıldı.  Söylənildi ki,zərərli vərdişlər  təkcə insanın fiziki sağlamlığına mənfi təsir göstərmir, həm də onun mənəviyyatına, şəxsiyyət kimi formalaşmsına mənfi təsir göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi