12.10.2022-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin fənn iclası keçirildi.

12.10.2022-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin fənn iclası keçirildi. İclasda məktəb rəhbərliyi və ixtisas müəllimləri iştirak etdilər. 

İclasın məqsədi fənn tədris metodikasının daha da inkişafı üçün verilən təkliflər, müəllimlərin rəqəmsal summativ qiymətləndirmə qaydaları və 2022/2023-cü tədris ilində həyata keçiriləcək tədbirlər planı ilə müəllimləri tanış etmək idi.

İclası giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bilqeyis Sadıqova müəllimləri «Ümumi təhsil müəssisələrində rəqəmsal summativ qiymətləndirmələrin keçirilməsi barədə Təlimat»la tanış etdi və xahiş etdi ki, bununla bağlı tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

Daha sonra 2022/2023-cü tədris ilində həyata keçiriləcək tədbirlər planı təsdiq edildi.

Sonda məktəbin psixoloqu Sədaqət İsmayılova çıxıs edərək müəllim şagird münasibətlərindən danışdı. Qeyd etdi ki, müəllim şagirdə sevgi və hörmətlə yanaşmalıdır. Müəllim şagirdlərinə bilik və bacarıqları aşılamaqdan başqa həm də onlara sevgi, hörmət, sədaqət, dostluq kimi anlayışları da öyrətməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi