Şagirdlərimiz "Şəhidlər xiyabanı"nı və "Hərbi Qənimətlər parkı"nı ziyarət etdilər

Bütün dünya üçün tarixi qələbə olan 44 günlük zəfərimiz nə qədər böyük sevinc bəxş etsə də, şəhidlərimiz, qazilərimizlə qəlbimizə sağalmaz yaralar vurdu. İndi hər birimizin öncə üz tutduğu bir müqəddəs ocaq var. Şəhidlərimizin məzarı… Bizim bir vətəndaş kimi borcumuz onları ziyarət etmək, unutmamaq, unutdurmamaqdır. 

Buna görə də 02.10.2022-ci il tarixində 246 nömrəli məktəb-liseyin tarix müəllimi Mehtiyeva Firuzənin rəhbərliyi ilə 8C sinif şagirdləri 44 günlük Vətən müharibəsinin şəhidlərinin anım yeri olan «Şəhidlər Xiyabanı»nı ziyarət etmişlər. Şagirdlər şəhid anaları ilə, qazilərlə görüşmüş, onlardan qəhrəmanlarımızın keçdiyi döyüş yolu haqqında məlumat almışlar.

Daha sonra şagirdlər «Hərbi Qənimətlər Parkı»nı ziyarət etmişlər. Parkda müzəffər ordumuzun qalibiyyətlə başa vurduqları Vətən müharibəsində ermənilərin qoyub qaçdığı hərbi texnika və silah-sursatla tanış oldular və bu gəzinti şagirdlərdə qürur və fəxr hissləri yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi