“Avropa oyunları hər kəs üçün” adlı təbliğat kompaniyası

Bakı şəhəri 246 nN-li məktəb liseydə Avropa oyunlarıəməliyyat komitəsinin təşkilatçılığı ilə “Avropa oyunları hər kəs üçün” adlı təbliğat kompaniyası keçirildi. İlk öncə məktəb müdiriyyəti tərəfindən Avropanın idman və mədəniyyət aləmi üçün tarixi hadisə hesab edilən ilk Avropa oyunlarının Bakıda keçirilməsinin mühüm əhəmiyyət kəsb etməsi haqqında geniş məlumat verildi. Qeyd olundu ki, Avropa oyunları çoxnövlü idman yarışlarıdır və 6000 – dən çox Avropalı idmançı müxtəlif idman növləri üzrə özlərini bu yarışda sınayacaqlar. “Avropa oyunları hər kəs üçün” adlı təbliğat kompaniyasının əməkdaşı L.Eyvazova Bakı -2015 Olimpiya oyunlarının məramı, keçirildiyi yer və miqyası , idman növləri haqqında ətraflı məlumat verdi. Şagirdlərlə maraqlı interaktiv oyunlar keçirildi. Sonda şagirdlərə üzərində “Bakı -2015”loqosu olan çanta və papaq hədiyyə olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi