S.A.Yeseninin anadan olmasının 120 illiyinə həsr edilmiş olimpiada.

Rusiyada ədəbiyyat ilinə və dahi rus şairi S.A.Yeseninin anadan olmasının 120 illiyinə həsr edilmiş, rus dili və ədəbiyyatdan keçirilən Respublika olimpiadasında Bakı şəhəri 246 saylı məktəb liseyin VII sinif şagirdi Eyvazova Elina və VIII sinif şagirdi Muradova Ləman iştirak etmişdir. Olimpiadanın məqsədi şagirdlərin rus dili və ədəbiyyatına olan marağını daha da artırmaq, şagirdlərin yaradıcılıq qabiliyyətini aktivləşdirmək, onların istedadını üzə çıxartmaq, intelektual səviyyəsini artırmaqdan ibarət idi.Bizim məktəbi təmsil edən şagirdlər rus dili və ədəbiyyatı sahəsində yaxşı biliyə malik olduğuna görə bu sahəyə maraq göstərirlər. Dəfələrlə məktəb olimpiadalarında iştirak edib önəmli yerlər tutmuşdular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi