Pedaqoji Şuranın iclası keçirildi

14.09.2022-ci il tarixində Pedaqoji Şuranın iclası keçirildi. İclasda məktəb rəhbərliyi və pedaqoji kollektiv iştirak etdi. İlk növbədə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan hərbi qüvvələrin törətdiyi təxribat nəticəsində qəhrəmancasına həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və bildirildi ki, bu hadisə ilə əlaqədar olaraq 15 Sentyabr – «Bilik Günü»nün təntənəli şəkildə qeyd edilməməsi və ilk dərslər «Qarabağ Azərbaycandır!» mövzusuna həsr olunması tapşırıldı. 

Daha sonra Pedaqoji Şuranın gündəliyində duran məsələlər pedaqoji kollektivin diqqətinə çatdırıldı. İclasda 2021/2022-ci tədris ilinin yekunları, nailiyyətləri haqqında ətraflı məlumat verildi və cari dərs ilində qarşıda duran vəzifələr qeyd edildi.

Sonda məktəb-liseyə yeni təyin olunmuş müəllimlərin and içmə mərasimi keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi