"Sağlam addımlar" layihəsi çərçivəsində növbəti məşğələ

    "Sağlam addımlar" layihəsi çərçivəsində   uşaqlara düzgün  qidalanaraq sağlam qalmağın yolları haqqında  məlumat verildi. Söylənildi ki,  sağlam qidalanmanın prinsipləri düzgün qida vərdişləridir.Uşaqlara əzələ kütləsinin inkişafına, əqli inkişafa, boyun artmasına, dişlərin, saçların, dərinin sağlamlığına kömək edən qida məhsulları barədə ətraflı  məlumat verildi.Meyvələrlə qidalanmanın beynimizin gənc qalmasını təmin etdiyi xüsusi vurğulandı.

   Sonra şagirdlər alma, armud, banan portağal və s.  meyvələri doğrayıb müxtəlif cür  bəzədilər. Qrup şəklində işləyən şagirdlər  bir-birindən maraqlı  əl işləri ilə valideyn və müəllimlərini təcübləndirdilər.

  Maraqlı və səmərəli keçən məşğələdə həmçinin gələcəkdə aşpaz olmaq istəyən şagirdlər üçün də  motivasiya yarandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi