Təbiəti qoruyan ikincilər

   Sağlam təhsil sinfinin şagirdləri  Binəqədi rayonunda yerləşən Nəbatət bağına ekskursiya etdilər. İbtidai sinif müəllimi  Reyhan Qaryeva “Təbiəti qoruyaq və sudan qənaətlə istifadə edək! ”  mövzusunda şagirdlərə ətraflı məlumat verdi. Söylədi ki,Azərbaycanda şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikamızda su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirib. Çirkab suların təmizlənməsində istifadə olunan  mexaniki, kimyəvi, fiziki-kimyəvi və biokimyəvi üsullar haqqında  məlumat  şagirdlərin marağına səbəb oldu.

   Mövzu  maraqlı diskussiyalarla davam etdi, şagirdlərin sualları ətraflı cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi