246 nömrəli məktəb-liseydə 2021/2022-ci dərs ilinin «Son zəng»i çalınıb

246 nömrəli məktəb-liseydə 2021/2022-ci dərs ilinin «Son zəng»i çalınıb. «Son zəng» tədbirində məktəb-lisey rəhbərliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Mövlan Yusifov, Respublika Veteranlar Təşkilatının Binəqədi rayon üzrə sədri Teyyub Həsənov, Şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva, Valideyn Komitəsinin sədri Arzu Xudayarova, valideyn, şagird və müəllim heyəti iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. 

Məktəb-liseyin direktoru Nəbi Mahmudov tədbir iştirakçılarını salamlayıb, məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar dilədi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Mövlan Yusifov məzunları Xl sinfi başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzuladı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi dövlət qayğısının Azərbaycana gələcək üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsi və millətin daha aydın sabaha xidmət etdiyini diqqətə çatdırdı.

Tədbirdə çıxış edən Veteranlar Təşkilatının Binəqədi rayon üzrə sədri Teyyub Həsənov məktəb həyatını başa vurub məzun adı alan on birinciləri təbrik edib onlara müstəqil və qalib Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı. 

Şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva məzunları təbrik edərək onlara uğurlar arzuladı və uğurlu gələcəyin məhz gənclərin əlində olduğunu və onların bunu layiqincə dəyərləndirmələrinin vacibliyini qeyd etdi.

Valideyn komitəsinin sədri Arzu Xudayarova valideynlərin adından məktəb rəhbərliyini, müəllim kollektivinə övladlarına olan qayğıya görə, şəxsiyyət kimi formalaşmalarına ğorə təşəkkür etdi.

Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirildi.

Sonda məktəblilər «Son zəng»i çalaraq təhsil illərini yekunlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi