Hər bir uşağın qayğısına qalaq!

Azərbaycanda BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixlərində "Hər bir uşağın qayğısına qalaq!" devizi ilə keçirilən "Uşaq hüquqları aylığı"nda məktəbimizdə bir sıra silsilə tədbirlər keçirildi. Aylıq çərçivəsində sinif təşkilat saatlarında "Uşaq hüquqları konvensiyası"nın maddələri müzakirə olundu.Məktəbin foyesində Uşaq hüquqlarına həsr olunmuş rəsmlər, “Hüquqlarımızı tanıyaq və qoruyaq ” mövzusunda yazılmış esseler sərgiləndi. Bu gün isə məktəbimizin 4-cü sinif şagirdlərinin iştirakı ilə “Hüquqlarımızı tanıyaq və qoruyaq” mövzusunda tədbir keçirildi. Tədbirdə Ombudsman aparatının İnsan Hüquqları üzrə Müvəkkilı Müqalib Mahmudov, Fəridə Həmzəyeva, Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları ,məktəb rəhbərliyi iştirak etdi. Tədbir şagirdlərin ifasında dövlət himnimizin səslənməsi ilə başladı. Slaydlar vasitəsilə 1989-cu ildə BMT tərəfindən təşkil olunmuş “Uşaq hüquqları Konvensiyası” və 1998-ci ildə Ölkəmizdə qəbul edilən “Uşaq hüquqları haqqında qanun” barədə sinif müəllimi R.Qarayeva məlumat verdi. Bu qanunların maddələrini şagirdlər sadaladı. Uşaqların irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əlillik və ya hər hansı başqa hallardan asılı olmayaraq, öz hüquqlarından istifadə etmələri şagirdlər tərəfindən vurğulandı. Mövzuya uyğun şeirlər, mahnılar və səhnəciklər təqdim olundu.Şagirdlərin çıxışları, ifaları seyr edənlər tərəfindən maraqla izlənildi. Sonra qonaqlar ayrı-ayrılıqda çıxış edərək, uşaqlara Azərbaycan Respublikası Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına Dair Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində Dövlət Siyasətinin prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının və digər hüquqi və fiziki şəxslərin vəzifələrini açıqladılar, azərbaycançılıq ideayalarına sadiq qalmağı, əsl Azərbaycan vətəndaşı olmağı, gələcəkləri üçün indidən öz prioritetlərini müəyyən etməyi arzu etdilər. Sonda məktəbin direktoru A.F.Bayramova yekun sözü ilə çıxış edərək hər bir uşağa hüquq və azadlıqlarından səmərəli, ağıllı şəkildə istifadə etmələrini, öz vəzifələrinin öhdəsindən layiqincə gəlmələrini tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi