Ceyhun Hacıbəyli yaradıcılığı müasir gəncliyin gözü ilə

15 noyabr 2016-ci il tarixdə məktəbimizdə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş “Ceyhun Hacıbəyli yaradıcılığı müasir gəncliyin gözü ilə ” mövzusunda Azərbaycan dili və ədəbiyyat müəllim S.Mədətovanın və gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər R. Şamidovun birgə təşkilatçılığı ilə konfrans keçirildi. Konfransda “Ceyhun Hacıbəylinin bədii yaradıcılığı”, “Ceyhun Hacıbəyli və Qarabağ folkloru”, “Ceyhun Hacıbəylinin siyasi fəaliyyəti” mövzularda X-IX sinif şagirdlərinin araşdırmaları dinlənildi. Konfransda iştirak edən məktəbin direktoru A.F.Bayramova dövrünün təəssübkeş, vətənpərvər ziyalılarından olan Ceyhun Hacıbəylinin bədii yaradıcılığı, mühacir həyatı, Azərbaycan mətbuatında mövqeyi ,eyni zamanda müasir gənclərə örnək olan həyat yolundan danışdı. Mövzu ətrafında diskussiyalar aparıldı, maraqlı fikir və mülahizələr dinlənildi. Sonda C.Hacıbəyliyə həsr olunmuş “Durun gedək evimizə…» filminin nümayişi oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi