KA-nın tədris ilinin sonuncu görüşü oldu

 

10.06.2022 -ci il tarixində 246 N-li məktəb -liseydə Kiçik Akademiyanın tədris ilinin sonuncu təqdimatı oldu. İnformatika, Fizika, Biologiya, Kimya və Coğrafiya fənləri üzrə olan təqdimatda məktəbin direktoru Nəbi Mahmudov, KA -nın rəhbər üzvləri və müəllimlər iştirak etdilər. Şagirdlərin çıxışları " Su hövzələri və onların çirklənməsi" , " Qeyri-səlis məntiq nəzəriyyəsi" , "Солнечная Система" , "Şuşanın təbii sərvətləri" "Qıdalanma vərdişi" , "Plastik Tullantılar" , "Ekologiya" , " Atmosfer Təzyiqi" mövzularını əhatə edirdi. Şagirdlər apardıqları araşdırmalarını əyani vasitələrlə də sübut etdilər.Təqdimatın sonunda məktəbin direktoru Nəbi Mahmudov və müəllimlər işlənilən mövzularla əlaqədar məsləhətlərini şagirdlərlə bölüşdü.Tədbirin sonunda şagirdlər Təşəkkürnamə ilə təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi