“Kitabi – Dədə Qorqud” dastanının məzmunu müzakirə olundu.

Bakı şəhəri Binəqədi rayonu 246 saylı məktəb liseydə ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə VIII d ,VIII c sinif şagirdlərinin birgə təşkilatcılığı ilə “Kitabi – Dədə Qorqud” dastanının məzmunu müzakirə olundu. Təqdimat məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Əliyeva Zenfira və Mədətova Sədaqət tərəfindən hazırlanmışdır. Oğuz türklərinin adət - ənənələrini, igidlərin qəhrəmanlıqlarını, xalqın o dövrdək dünyagörüşünü, övlad – valideyin münasibətini, mərasim adətlərini, vətən anlayışını hərtərəfli olaraq özündə əks etdirən “Salur Qazanın evinin yağmalanması” boyundan bir hissə şagirdlərin ifasında səhnələşdirildi. Bu səhnədə Dədə Qorqudun müdrik kəlamları səslənməklə bərabər, dastandakı ana – övlad, ata – övlad münasibətləri, kafirlərin mənfur niyyəti, Oğuz elinə arxadan vurduğu zərbə, Oğuz igidlərinin, Qaraca çobanın şücaəti, qadınların qeyrət – namusu, fədakarlığı ətraflı təqdim olundu.Sonda dastan müasir həyatımızla əlaqələndirildi. Qarabağımızın başının üstünü alan qara bulud, mənfur qonşularımızın çirkin siyasəti xatırlandı. Şagirdlərdə vətənpər-vərlik, milli təsəsbbükeşlik, qürur, düşmənlərə qarşı mübarizə ruhunun möhkəmlənməsi üçün"Qalx ayağa, millət!” mahnısı oxundu, alovlu nitqlər söylənildi. Filmdən bir parça təqdim olundu, E, Sabitoğlunun “Dədə Qorqud” filminə bəstələndi mahnı səsləndirildi. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi