1İyun Uşaqların Beynəlxalq Müdafiə Günüdür

   "1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü"nə həsr edilmiş tədbir keçirildi. 0b, 4b, 3e sinif müəllimləri Nihal Hüseynzadə, Həvva Abbasovanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər uşaq hüquqları haqqında məlumatlar verdilər, rəngarəng rəqslər , səhnəciklər, şeir parçaları ifa etdilər. Səhəciklərin birində anasının təkidi ilə  peşə seçən Muradın qarşılaşdığı uğursuzluqlar müəllimlərin, valideynlərin və şagirdlərin diqqətini bu mövzuya bir daha yönləndirdi.

   Sonda məktəbin direktoru N. Mahmudov çıxış edərək uşaqları beynəlxalq müdafiə günü ilə bağlı təbrik etdi və uşaqların bizim gələcəyimiz olduğunu vurğuladı. Həmçinin tədbirin təşkilində  valideynlərin  şagirdlər və müəllimlərlə birgə  fəaliyyətini yüksək dəyərləndirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi