"Səmərəli məktəb yaradaq" layihəsi valideyinlərlə də müzakirə olundu.

12 noyabr 2016-cı il tarixdə məktəbimizdə valideynlər üçün “Açıq qapı” günü keçirildi. Valideyin aktivliyi ilə müşayət olunan iclasda bütün fənlər üzrə müəllimlərlə görüşmək imkanı əldə olundu. Valideynlər övladlarının tədris nailiyyətləri ilə tanış oldular, bu nailiyyətlərin daha inkişaf etdirib, yüksək nəticələr əldə etmək üçün fənn müəllimləri ilə fikir mübadiləsi apardılar, bir çox məsələləri birgə müzakirə etdilər. İclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi "Səmərəli məktəb yaradaq" layihəsi də məktəb rəhbərliyi tərəfindən valideyinlərlə birgə müzakirə olundu. Valideyinlərlə qrup işi işlənildi, valideyinlərin layihə ilə bağlı təklif və rəyləri dinlənildi. İki saat davam edən “Açıq qapı “ hər iki tərəf üçün çox səmərəli keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi